Texnologiya günü gündən həyatımıza daha çox daxil olur və yaşam tərzimizə daha çox təsir göstərməyə başlayır. Bu gün texnologiyanın inkişafı nəticəsində həyatımızı əsl komforta çevirən sistemlərdən biridə Ağıllı siqnalizasiya sistemidir. Təbii ki də bu komfortu qorumaq borcumuzdur. Ağıllı ev sistemində siqnalizasiya sistemi sayəsində hər bir evin təhlükəsizliyi tam şəkildə təmin edilə bilər.Oğrulara kilid dözməz, çünki köhnədən oğruların məqsədlərinə çatmalarını çətinləşdirmək üçün polad qapı, barmaqlıq, qaranlıq nöqtələrin işıqlandırılması və it saxlamaq kimi passiv həllərə sığınırdıq. Halbuki dövr dəyişdi və oğruların da dözə bilmədiyi, yəni hədəflərinə gedən yolu kəsən həll tapıldı.

Sistem, həyat tərzinizə görə inteqrasiya edilən sensorlarla evinizin hər küncünü izləyir. Ən yaxşı tərəfi isə bu izləməni tək bir cihazla idarə etməyin mümkün olmasıdır. Qapı ya da pəncərənin açılması, evdə bir hərəkət olması, şüşə qırılması, duman çıxması kimi istənməyən vəziyyətləri qəbul edərək, siren və işıq kimi uyarıcılarla təhlükəni sistem idarəçisinə çatdırır. Bundan əlavə olaraq ağıllı siqnalizasiya sistemi duman və ya qaz sızıntısınıda sizlərə işıq və ya səs vasitəsilə çatdırır. Bununlada eviniz daha ağıllı və təhlükəsiz ola bilir.  Siqnalizasiya sisteminin əlavə üstün cəhətlərindən bir neçəsidə odur ki, evdən çıxdıqdan sonra evdə açıq qalmış qaz sobası və ya işığı evə qayıtmadan idarə edərək söndürə bilərsiniz. Həmçinin bunun kimi fərqli komponenlər vasitəsilə bu sistem istəyinizə uyğun olaraq genişləndirilə bilir.

Oğurluq Siqnalizasiya Sistemi sayəsində,

Ağıllı siqnalizasiya sistemi, siz evdə olmadığınız halda evinizə daxil olmaq istəyən kənar bir şəxsin istiqamətini öncədən təyin edir. Siqnalizasiya sistemi vasitəsilə kənar şəxslərin evə daxil olma məlumatlarını birbaşa olaraq polisə və ya mobil telefonunuza ötürə bilərsiniz.